Burada 700 min ağac yetişdirilir, Xəzərin suyunu içmək olur - FOTO - VİDEO
    • 29-10-2021, 20:35
    • 500

Burada 700 min ağac yetişdirilir, Xəzərin suyunu içmək olur - FOTO - VİDEO

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" ASC-nin 4 saylı Yaşıllaşdırma idarəsinin tinglik sahəsinə media tur təşkil edib.

News24.az xəbər verir ki, media tura Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirlik nümayəndələri və jurnalistlər qatılıb. 

2013-cü ildə fəaliyyətə başlayan tinglik sahəsində 700 mindən çox ting və toxumacılqlar yetişdirilir. 

Media tur zamanı “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Ramik Əşrəfovdan öyrəndik ki, sahənin salınmasında əsas məqsəd kökü bağlı iynəyarpaqlı cinsli ağac və kol bitkilərinin yetişdirilməsidir. 

Burada toxum tədarükü elə ASC-nin özü tərəfindən tədarük edilir. Daha sonra isə toxumlar cücərtmə sahəsində yetişdirilir. 10-15 sm ölçüsünə gəldikdə isə böyütmə sahəsinə keçirilir. Buradan isə müvafiq olaraq 2-ci və 3-cü böyütmə sahələrinə köçürülür. 

ASC-yə aid olan ümumi xidməti ərazi 4400 hektardır və bu sahələrdə 5,5 milyondan çox ting və toxumacıqlar yetişdirilir. 

Media nümayəndələrinin suallarını cavablandıran Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bu ilin əvvəlində İDEA İctimati Birliyinin rəhbərliyinin təşəbbüsü ilə “Yaşıl Marafon” adlı aksiyaya başlatdıqlarını xatırladıb: “Marafon çərçivəsində 1 milyondan artıq ağacın əkilməsini planlaşdırırdıq. Artıq yaz əkimi mövsümündə əkilməsi planlaşdırılan ağaclardan 400 mini əkildi. Paralel olaraq biz həm meşə-bərpa, yeni meşə sahələrinin əkilməsi, yaşıllıq zonalarının yaradılması layihələri hıəyata keçiririk”.

V.Kərimov bildirib ki, sözügedən layihələr Abşeron yarımadasında əsasən Xocasən göülünün ətrafında, Müşviqabaq qəsəbəsində, Bakı-Sumqayıt yolu, Bakının şimal istiqamətində, cənub və şimal-qərb istiqamətindəki magistral yolların kənarındakı ərazilərdə həyata keçirilir. 

4 saylı Yaşıllaşdırma idarəsinin tinglik sahəsinin ərazisində Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Zavod Kompleksi də movcuddur. 

Sözügedən zavod kompleksi 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə qurulub. Əsas məqsəd isə gələcəkdə ehtimal olunan su qıtlığının effektiv həll yollarının müaəyyən edilməsi, yeni yanaşma və texnologiyaların ölkədə tətbiqi ilə bağlı olub. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə edilməsi şöbəsinin sektor müdiri Faiq Mütəllimov zavodda dəniz suyundan gündəlik 2 min kub metr içməyə yararlı su istehsal edilir: “Burada İsrail texnologiyasından istifadə edilir. İl ərzində təxminən 500 min kub metrə qədər su təmizlənərək istifadə olunur. Hazırda həmin su 4 saylı Yaşıllaşdırma İdarəsinin 200 hektar yaşıllıq ərazilərinin suvarılmasında, eyni zamanda da tingliklərin yetişdirilməsində su mənbəyi kimi istifadə edilir”.