Bakı metrosunda koronavirus xəstəsi saxlanıldı
    • 30-10-2021, 13:15
    • 345

Bakı metrosunda koronavirus xəstəsi saxlanıldı

Oktyabrın 29-da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olan 2 nəfər müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.