Kişinin ailədə uşaq istəməməsinin SƏBƏBLƏRİ

Kişinin ailədə uşaq istəməməsinin SƏBƏBLƏRİ Sosial
Ailədə və vətəndaş nigahında yaşayan cütlüklərin uşaq dünyaya gətirməməsi əksər hallarda kişiləri istəyi ilə olur.

News24.az xəbər verir ki, bunun bir neçə səbəbi var:

1 Kişi ata olmağa hazır deyil

Atalıq ilk növbədə böyük məsuliyyət deməkdir. Uşaq dünyaya gəldikdən sonra onun üzərinə daha ağır vəzifələr düşəcək.

2 O, gələcəkdən qorxur

Vərdiş etdiyi həyatın dağılması, ailəsinə gözəl gələcək təqdim edə bilməyəcəyi onda qorxu yaradır.

3 Həyat yoldaşınız (sevgiliniz) uşaqları sevmir

Qarşı tərəf “ailədə uşaq” anlayışını dərk etmir və düşünür ki, onsuz da sizin ailəniz xoşbşxt ola bilər.

4 Sevgilinizin artıq uşaqları var

Siz onun ilk ailəsi deyilsiniz. Onun əvvəlki evliliyindən qızı və ya oğlu var.

5 O sizi sevmir

Adətən kişilər biganə olduqları qadınlardan uşaqlarının dünyaya gəlməsini istəmir. O, sizin başınızı aldadır, yalnız seks haqda düşünür və bundan başqa bir şey haqda fikirləşmir.