Metronun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olundu

Metronun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olundu Hadisə
Bakı metrosunun Xətai-Cəfər Cabbarlı mənzilində hərəkət bərpa olunub.

Bu barədə News24.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qeyd edək ki, metronun 28 May stansiyasında baş verən tüstülənmə ilə bağlı Xətai-Cəfər Cabbarlı mənzilində qatarların hərəkəti məhdudlaşdırılmışdı.