Astarada çoxmənzilli yaşayış binasının tikilməsinin QARŞISI ALINDI - VİDEO
    • 1-11-2021, 11:27
    • 390

Astarada çoxmənzilli yaşayış binasının tikilməsinin QARŞISI ALINDI - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Bu barədə News24.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Astara şəhəri, Nizami küçəsində fiziki şəxs Əlizadə Samir Sahib oğlu tərəfindən müvafiq sənədlər olmadan çoxmənzilli yaşayış binasının tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.