Anar Kərimov məşhur türk seriallarının çəkildiyi məkanda - Fotolar
    • 1-11-2021, 12:25
    • 738

Anar Kərimov məşhur türk seriallarının çəkildiyi məkanda - Fotolar

Mədəniyyət naziri Anar Kərimov, Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Türkiyənin məşhur ssenari müəllifi və film prodüsseri Mehmet Bozdağın müşaiyəti ilə "Diriliş Ərtoğrul", "Quruluş Osman", " Bozkır Arslanı Cəlallədin", "Dastan" kimi milyonlarla tamaşaçının sevərək izlədiyi ekran əsərlərinin çəkiliş meydançasını ziyarət ediblər.

News24.az xəbər verir ki, yaradıcı heyətlə görüşüb, çəkilişlərin gedişatı ilə yaxından tanış olan Anar Kərimovun son illər türk seriallarında rol alan həmyerlimiz, məşhur idmançı Zabit Səmədovla da səmimi söhbəti baş tutub.

Maraqlı səfər çərçivəsində Mehmet Bozdağın yaradıcısı olduğu film şirkətinin mədəniyyət nazirliyi ilə kinematoqrafiya sahəsində gələcək əməkdaşlığı da müzakirə olunub.