-
- 22-11-2018, 17:06
- 700
Qurban Qurbanovu edam etmək istəyənlər…
Qurban Qurbanovla qohumluğum yoxdur. Dostum, tanışım da deyil. Amma onun insani davranışları, təvazökarlığı və ən əsası “Qarabağ”la qazandığı uğurlar adamı “baş tacı” edib. Qurbanovun Azərbaycan futbolu üçün nə qədər önəmli şəxs olduğunu da hər kəs çox yaxşı bilir.
Çoxları millinin Kosovoya 0:4 hesabı ilə uduzmasına kor-təbii yanaşır. Əksəriyyət günahkar axtarışına çıxarkən Qurbanov Qurbanovu hədəf taxtasına tərəf götürür. Sanki bu şəxslər Azərbaycan futbolunun reallığından xəbərsizdirlər.
Sanki ölkə futbolunun hansı səviyyədə olduğunu unudurlar, bərbad və hətta iyrənc durumda olan 8 komandalı çempionatı yaddan çıxarırlar, uşaq futbolunun yoxluğunu gözardı edirlər. Sanki hər dəfəsində futbola hamilə qalan bölgələrin “abort”a aparılmasından bixəbərdirlər.
Biabırçı məğlubiyyətin tablosunu çəkmək istəyən rəssamın işi elə də çətin deyil. Mənzərə göz qabağındadır. Götür sadaladıqlarımızı qoy qabağına, çək…
Bəli, bu gün də çoxları Qurban Qurbanovun millidə baş məşqçi olmasına qarşı çıxır. Bəlkə haqlıdırlar da. Hər halda bir əldə iki qarpız tutmaq həm insanı yorur, həm də qarpızların əldən yerə düşüb paramparça olmayacağına dair zəmanət verilmir.
Qurbanovun özü də bunun tərəfdarı deyildi. Sadəcə, adama etibar edib, bu vəzifəni tapşırıblar. Onun da istədiyi nəticəni əldə etməsi üçün zamana ehtiyacı var. Hər halda Moskva birdən-birə qurulmadığı kimi, “Qarabağ” da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq komanda səviyyəsinə birdən-birə gəlməmişdi.
Sadəcə, Qurbanovun istefasını gözləyənlər, onu millidən kənarlaşdırmaq, eyni zamanda gözdən salmaq istəyən qüvvələr var. Bunların kim olduğu Allahdan gizli olmadığı kimi, bəndəyə də sirr deyil.
Bu məsələyə çoxdan fikir verirəm. Azərbaycan millisi rəqibinə uduzur, AFFA-nın rəsmi “facebook” səhifəsində oyunun yekun nəticəsi və baş məşqçi Qurban Qurbanovun adı qeyd olunur. Bu, ilk baxışdan qeyri-peşəkarlıq kimi görünsə də, əslində çox peşəkar və bicliklə hazırlanmış qaralama kampaniyasının başlanğıcıdır.
Düzü, Kosovo ilə oyunda baş katib Elxan Məmmədovgilin dəstəsi tərəfindən milliləşdirilən Pavel Paşayevin yığmamızın qapısına 3 qol vuran Arber Zeleniyə açıq dəhliz yaratması da mənim üçün şübhəli olaraq qalır.
Ümumiyyətlə, məğlubiyyətdən sonra AFFA rəhbərliyi, xüsusən də baş katib Elxan Məmmədov tərəfindən Qurban Qurbanova qarşı kampaniya davam etdirilir. Hər vəchlə millinin baş məşqçisini “vurmaq” istəyirlər. Elxan Məmmədova yaxın olan “mama canı” deyənlər sosial şəbəkələrdə əl-ayağa düşüblər. Baş katibin qazanından çörək yeyənlər Qurban Qurbanovu edam kürsüsünə çıxarmaq üçün dəridən-qabıqdan çıxırlar.
Bu məsələdə Mini Futbol Liqasının (MFL) rəhbəri Ayaz Əhmədov və “Neftçi”nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov canfəşanlığı ilə seçilir. Hətta iş o səviyyəyə çatıb ki, AFFA-nın dəstəyi ilə keçirilən MFL-in rəhbəri, Elxan Məmmədovun can-ciyəri Ayaz Əhmədov millinin futbolçularını açıq şəkildə təhqir edir.
İndi Elxan Məmmədov gecə-gündüz dizlərini yerə atıb Qurban Qurbanovun millidən uzaqlaşdırılması üçün Allaha dua edir. Təbii ki, onun Allahı varsa…
//Yenicag.az