Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcək
    • 2-11-2021, 10:46
    • 368

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar bu tarixdə ödəniləcək

Noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişinin həyata keçirilməsi nəzərdə tutulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan News24.az-a verilən məlumata görə, ödənişlər güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılara aid edilmir.