"Şuşaya girəndə vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim" - General Hikmət Mirzəyev DANIŞIR - VİDEO
    • 2-11-2021, 11:12
    • 553

"Şuşaya girəndə vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim" - General Hikmət Mirzəyev DANIŞIR - VİDEO

Şuşa şəhərinin işğaldan azad olunmasına həsr olunan film çəkilib. 

News24.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq. 

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.