Namiq Qaraçuxurlu İstanbulda sevən gəncləri qovuşdurdu – VİDEO
    • 22-11-2018, 18:05
    • 1 667

Namiq Qaraçuxurlu İstanbulda sevən gəncləri qovuşdurdu – VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu iki sevən gəncin qovuşmasına vasitəçi olub.

Hadisə İstanbulda baş verib. Bu barədə məlumatı isə Namiq özü verib:

“Milliyyətcə uyğur olan qız və oğlan bir-birilərinə bəslədikləri sevgilərinə rəğmən zaman-zaman küsüb barışırlar. Qızın son küsülülüyü ayrılığa səbəb olur. O, ailəsiylə birlikdə İstanbula köçub, orada yaşayır. Xeyli müddət keçsə də, oğlan qızın könlünü almağın yolunu tapa bilmir. Nəhayət qərara gəlir ki, qızın sevərək dinlədiyi mahnıların ifaçılarının yardımından istifadə etsin. Qızı qohumları İstanbulda bir restorana yeməyə aparır. Yemək zamanı səhnəyə Talıb Tale çıxır. Sonra monitorda oğlanın qız üçün çəkildiyi klip nümayiş olunan zaman oğlan əlində gül və üzüklə zala daxil olur. Qız təkidlə zalı tərk etmək istəsə də, qohumları qarşısını almağa səy göstərir və bu zaman səhnəyə mən – Namiq Qaraçuxurlu çıxır. Ardıyca baş verənləri videoda görürsünüz. Sizə marağlı olsa davamını da paylaşaram”.

//News24.az