Oksananın həyat yoldaşı Şəhriyar imiş - VİDEO
    • 3-11-2021, 09:59
    • 2 066

Oksananın həyat yoldaşı Şəhriyar imiş - VİDEO

Rəqqasə Oksana Rəsulovanın hər kəsdən gizlətdiyi həyat yoldaşının aparıcı Şəhriyar Əbilov olduğu bəlli olub.

News24.az xəbər verir ki, bu barədə Şəhriyar Əbilov müğənni Roza Zərgərlinin ARB-də yayımlanan “Tam vaxtıdır” proqramında açıqlama edib.

O bildirib ki, Oksana Rəsulova ilə 4 ildir ki, evlidirlər: “Nəyisə gizlətmək lazım deyil. Real həyatdır, biz gizlənqaç oynamırıq. Oksana ilə 15 ildir dostuq, və hər zaman da sözün əsl mənasında dost olmuşuq. Amma insan bilmir ki sabah başına nə gələcək. Zaman keçid və bizim “Lal yuxu” serialımız oldu. O vaxt aramızda hisslər yarandı. 4 ildir biz evliyik. 3 yaşında oğlum var, hansıyla ki, mən nəfəs alıram. Hər kəs sual verir, gizlətməyək. Əsas odur ki, biz xoşbəxtik, yaradıcı insanlarıq və yaradıcı övladımız var. Yorulmuşam artıq. Bu niyə gizlədiri?”.