"La Casa De Papel" izləyicilərinin diqqətinə: 5-ci sezonun İKİNCİ HİSSƏSİ... - VİDEO
    • 4-11-2021, 12:40
    • 1 044

"La Casa De Papel" izləyicilərinin diqqətinə: 5-ci sezonun İKİNCİ HİSSƏSİ... - VİDEO

Son illərdə "Netflix"in ən populyar seriallarından biri olan "La Casa de Papel"in 5-ci sezonunun ikinci hissəsinin anonsu paylaşılıb.  

News24.az xəbər verir ki, dünyada milyonlarla pərəstişkarı olan serialın final hissəsi 3 dekabr 2021-ci ildə yayımlanacaq.

Anonsdan aydın olur ki, əsas qəhrəmanlardan biri olan Tokyonun ölümü hadisələrin ssenarisini dəyişəcək. Tokyonun ölümündən sonra İspaniya bankının daxilindəki komanda üçün düşmən həmişəkindən daha təhlükəlidir...