Fevrala qədər yarım milyon insan koronavirusdan öləcək - ÜST-dən ŞOK AÇIQLAMA
    • 4-11-2021, 18:19
    • 434

Fevrala qədər yarım milyon insan koronavirusdan öləcək - ÜST-dən ŞOK AÇIQLAMA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Kluge Avropanın 53 ölkəsində yoluxmanın sürətlə artmasının ciddi narahatlıq doğurduğunu deyib.

News24.az xəbər verir ki, o, son 1 həftə ərzində Covid-19 xəstələrinin xəstəxanaya yerləşdirilməsi hallarının iki dəfədən çox artdığını vurğulayıb. Kluge Avropanın bir il əvvəl olduğu kimi koronavirus pandemiyasının episentrinə çevrildiyini, daha yoluxucu olan "Delta" variantına görə yoluxmanın rekord səviyyələrə yaxınlaşdığını deyib:  "Ötən illə fərq ondadır ki, biz daha çox bilirik və daha çox şey edə bilərik. 23 ölkə məhdudiyyətləri artırıb və karantin qaydaları sərtləşdirib. Ancaq 7 ölkənin qadağaları yumşaltmasından narahatam. Biz taktikamızı dəyişməliyik. Covid-19-un artmasına reaksiya vermək əvəzinə, ilk növbədə xəstəliyin ötürülməsinin qarşısını almalıyıq. Səhiyyə işçilərinin virusla mübarizə təcrübəsinə baxmayaraq, etibarlı hesablamalara görə, fevralın 1-dək qitədə daha yarım milyon Covid-19-dan ölüm hallarına şahid olacağıq. Avropa və Mərkəzi Asiyada maskalardan istifadə 95 faizə çatarsa, 2022-ci ilin fevralına qədər itirəcəyimiz yarım milyon insandan 188 mini xilas edə bilərik".