Minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır
    • 5-11-2021, 11:58
    • 1 061

Minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır

Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

News24.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ünvanlı sosial yardımın təyin edilməsi üçün ehtiyac meyarı 170 manatdan 200 manata qaldırılır.