“Sumakh” restoranı cərimələndi

“Sumakh” restoranı cərimələndi
HADİSƏ

5-11-2021, 17:26

Mətn ölçüsü

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 390 ictimai iaşə obyektində 683 monitorinq keçirib.

AQTA-dan News24.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal ‎rayonu, Qaryağdıoğlu 67 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elvin Arif oğluna məxsus “Ice Pub” kafesi;

2. Bakı şəhəri, Xətai ‎ rayonu, Xocalı pr.22 ünvanında yerləşən, hüquqi şəxs “Beat Restaurants” MMC-yə məxsus “Sumakh” restoranı;

3. Bakı şəhəri, Xətai ‎ rayonu, Xocalı pr. 63 ünvanında yerləşən, fiziki şəxs Rəhimli Ramin Bilal oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nərimanov‎ rayonu, Ə.Əliyev 69 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Emil Zaur oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.