Zəfər Gününün havası
    • 7-11-2021, 13:27
    • 401

Zəfər Gününün havası

Noyabrın 8-ə olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Noyabrın 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturugecə 4-8° isti, gündüz 14-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.