Gürcüstan fəlakətin astanasındadır - Epidemioloq
    • 7-11-2021, 16:28
    • 384

Gürcüstan fəlakətin astanasındadır - Epidemioloq

Əgər yoluxanların sayında artım davam edərsə, koronavirusdan ölənlərin sayı fəlakətli şəkildə artacaq.

Bunu Tiflisin İnfeksiya Klinikasının baş həkimi Tengiz Çerçvadze deyib.

Onun sözlərinə görə, Gürcüstanda epidemioloji vəziyyətin ən pis ssenarisi üç faktora görə inkişaf edir: peyvəndlənmənin aşağı göstəriciləri, əhalinin maska taxma qaydalarına əməl etməməsi və izdihamlı toplantılar.

Qeyd edək ki, son həftədə Gürcüstanda 32,8 min nəfər koronavirusa yoluxub. Son bir həftədə isə ölkədə virusdan 365 nəfər ölüb. /Axar.az/