Məryəmin ZƏFƏR KOMPOZİSİYASI - FOTO/VİDEO
    • 8-11-2021, 16:14
    • 1 557

Məryəmin ZƏFƏR KOMPOZİSİYASI - FOTO/VİDEO

Sabunçu rayonu, 69 nömrəli tam orta məktəbin 8B sinif şagirdi Mərdanova Məryəm Zəfər Gününə həsr olunan maraqlı kompozisiya hazırlayıb.

Məryəm kompozisiyası barədə News24.az-a açıqlama verib: 

“Qərara gəldim ki, Qarabağ zəfərimizi belə təqdim edim. Qəfəs əsarəti tərənnüm edir. İçərisindəki daş və tikanlar vasitəsilə göstərmək istəyirəm ki, ermənilər 30 ildir torpaqlarımızı işğalda saxladığı müddətdə daşı daş üstə qoymayıblar. Evlərimizi dağıdıb, yaşıllıqlarımızı məhv ediblər. Qarabağa gedən yolda 30 ildir üzümüzə bağlı olan qıfılı 44 günlük “Dəmir Yumruq” əməliyyatı ilə qırdığımızı izah etməyə çalışdım. Göyərçin sülh və azadlıq rəmzi olduğu üçün torpaqlarımızı üzərində təsvir etdim”.

Görüntüləri təqdim edirik: