Bakıda güclü külək yük maşınını belə aşırdı – VİDEO
    • 10-11-2021, 17:34
    • 676

Bakıda güclü külək yük maşınını belə aşırdı – VİDEO

Bu gün günorta saatlarından etibarən Bakıda müşahidə edilən kəskin hava şəraiti və güclü külək bəzi fəsadlar törədib.

News24.az-ın məlumatına görə, küləyin təsirindən Bayıl qəsəbəsi Salyan şosesində “Ford” markalı yük maşını aşıb. Hərəkətdə olan yük maşını yol ilə gedən minik avtomobilinin üstünə aşıb.

Hadisə nəticəsində ağır xəsarət alan olmasa da, hərəkət ləngiyib, maşınlara ciddi ziyan dəyib.

Hadisəni əks etdirən görüntüləri təqdim edirik.