Ermənistanın döyüş meydanında QOYUB QAÇDIĞI SİLAHLAR - FOTO/VİDEO
    • 10-11-2021, 19:06
    • 758

Ermənistanın döyüş meydanında QOYUB QAÇDIĞI SİLAHLAR - FOTO/VİDEO

Bu gün Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi, “Atəşgah Məbədi” Dövlət Tarix Memarlıq Qoruğu, Azərbaycan Hərb Tarixi Muzeyi və Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfərdən zəfərə dalğalanan bayrağımız”adlı tədbir-sərgi keçirilib.

News24.az-ın məlumatına görə, sərgidə ermənilərdən götürülmüş qənimətlər - silah və sursatlar nümayiş olunub.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizov, Milli Məclisin deputatları: Etibar Əliyev,  Sevinc Fətəliyeva, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, əməkdar artist Ağalar Bayramov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Reportajı təqdim edirik:

Müxbir: Məhərrəm Əliyev
Video: Nicat Niftəliyev