Amnistiya Aktında qanunsuzluq aşkarlanarsa, həmin əməkdaş CƏZALANACAQ
    • 11-11-2021, 12:03
    • 667

Amnistiya Aktında qanunsuzluq aşkarlanarsa, həmin əməkdaş CƏZALANACAQ

"Amnistiya Aktı ilə bağlı daxil olan müraciətlər araşdırılacaq. Əgər qanunsuzluq aşkar edilərsə, aidiyyəti üzrə tədbir görüləcək".

News24.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, amnistiyanın icrası prosesinə ciddi nəzarət edilir: “Əməkdaşlarımız tərəfindən prosesdə heç bir boşluğa yol verilə bilməz. Belə bir durum aşkarlanarsa, həmin əməkdaşlar barəsində tədbir görüləcək”.