Zamiq COVID pasportsuz toylara necə gedib?

Zamiq COVID pasportsuz toylara necə gedib?
ŞOU-BİZNES

11-11-2021, 12:49

Mətn ölçüsü

Müğənni Zamiq Hüseynov toylara və el şənliklərinə qoyulan vaksin pasportu tələbini kobud şəkildə pozduğu iddia edilib. 

Sənətçi bir doza peyvənd vurdurmasına baxmayaraq bir neçə aydır el şənliklərində iştirak edib. 

News24.az OLAY-a istinadən xəbər verir ki, bu, Z. Hüseynovun sosial şəbəkədəki paylaşımdan sonra ortaya çıxıb.  Belə ki, Zamiqə ikinci doza peyvəndi dünən vurulub. O, bu barədə İnstaqram hesabında məlumat yayıb:

“Peyvənd olaq, sağlam qalaq. 2-ci dozanı da etdirdik. Sual yaransa ki, niyə belə gec? Çünki xəstəlik keçirdim”. 


Elə Hüseynov bu paylaşımı ilə iyulun 1-dən etibarən qüvvəyə minən peyvənd pasportu qaydasını pozduğunu etiraf etmiş olub. Həmçinin, bu barədə sözügedən paylaşıma xeyli sayda rəylər də yazılılıb. Bildirilib ki, sənətçi bu günədək toy məclislərində iştirak edib, hətta müğənni Sevda Yahyayevanın özəl günündə yer alıb.  

Qeyd edək ki, S. Yahyayevanın toyunda DİN nümayəndəsinin vaksin sənədini yoxlayıb, qonaqları zala buraxması barədə görüntülər də yayılmışdı. 
OLAY mövzu barədə Daxili İşlər Nazirliyinə müraciət edib. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məsələ barədə araşdırma aparacaqlarını bildirib:

“Bütün hallarda toy mərasimlərdə iştirak müvafiq qaydada iki doza “COVID-19” pasportu olan şəxslər iştirak edə bilər. Sözügedən şəxsin birinci və ikinci doza arasında olan məsafədə hansı məclislərdə iştirak etməsi araşdırma predmetidir”.


Zamiqin rahat şəkildə məclislərdə yer alması əks-göstəriş sertifikatının olması ilə bağlı ola bilər. Belə ki, sənətçi özünün də qeyd etdiyi kimi, birinci dozadan sonra virusa yoluxub, sağalıb. İkinci doza üçün tələb olunan müddətdə el şənliklərində iştirak üçün sözügedən sertifikatı əldə edib.
OLAY məsələ barədə Z.Hüseynovla da əlaqə saxlayıb. Sənətçinin mətbuat xidməti müğənninin mövzu barədə açıqlama verməyəcəyini qeyd edib.