-
- 11-11-2021, 16:15
- 449
Lerikdə icra nümayəndəsinə CİNAYƏT İŞİ AÇILDI
Lerik rayonunda icra nümayəndəsi və digərlərinə cinayət işi açılıb.
Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.
Lerik rayon icra hakimiyyəti başçısının Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırmalarla Osyodərə kənd dairəsi üzrə icra nümayəndəsi Eminəli Həşimovun Xanəgah kənd tibb məntəqəsinin tibb qardaşı Elşən Fərzili və Lerik rayon mərkəzi xəstəxanasının operatoru Ayət Səmədov ilə cinayət əlaqəsinə girərək Bakı şəhərində yaşayan bir neçə şəxsin vaksin vurulmadıqları halda I və II doza vaksin olunmaları ilə bağlı saxta tibbi sənədlər tərtib etmələrinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq davam edir.