Nigarla Eldardan 10 il sonra duet - VİDEO

Nigarla Eldardan 10 il sonra duet - VİDEO
ŞOU-BİZNES / Video

12-11-2021, 10:37

Mətn ölçüsü

"Eurovision 2011" qalibləri Nigar Camal və Eldar Qasımov 10 ildən sonra yeni duet təqdim ediblər.

News24.az xəbər verir ki, onlar 1990-cı və 2000-ci illərdə hit olan mahnılardan ibarət "mash up" hazırlayıblar.

Müğənnilər Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan və başqalarının vaxtilə hit olmuş mahnılarını yeni aranjımanda ifa ediblər.

Mahnı üçün kamera qarşısına keçən duet ortaqları iki gün ərzində müxtəlif obrazları canlandırıblar.

Eko Ağalarovun ekranlaşdırdığı klipin bəzi səhnələrində Nigar Camal Merilin Monro, Eldar Qasımov isə Elvis Preslini oynayıb.

Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də yer alıb.

Qeyd edək ki, mahnı sənətçilərin rəsmi səhifələrində və dijital platformalarda paylaşılıb.

YouTube