İlqar Əlfioğlunun "Qızılbarmaq Fatma" kitabı təqdim olundu - FOTOLAR
    • 15-11-2021, 17:02
    • 1 267

İlqar Əlfioğlunun "Qızılbarmaq Fatma" kitabı təqdim olundu - FOTOLAR

İlqar Əlfioğlunun "Qızılbarmaq Fatma" adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

News24.az xəbər verir ki, kitab Azərbaycanın 60-ci illərdən başlayaraq XXI əsrin əvvələrinə kimi məşhur oğru-cibgir, oğru aləmində Qızılbarmaq Fatma olaraq tanınıb-məşhurlaşan bir qadından bəhs edir. Kitab sənədli-romandır.

İlqar Əlfioğlu bildirib ki, bu kitab artıq həyatda olmayan zavallı bir qadına, həm də unudulmaqda olan Köhnə Bakıya nisqilli epitafiyadır: "İnsan həyat yolunu özü seçir. Bu seçim bəzən könüllü, bəzən isə, təəssüf ki, məcburi olur, çünki həyat çox vaxt insanın qarşısına çox vaxt elə şərtlər qoyur ki, onlardan aşıb, yolun hamarını seçmək çox çətin, bəzən hətta qeyri-mümkün olur. Roman sənədli mənbələr əsasında yazılıb. Ümid edirəm ki, bizim Fatmanın başına gələnlər zəmanədən asılı olmayaraq, kimlər üçünsə ibrət məktəbinə çevrilə bilər”...