Suriyanın Busra antik teatrı 8 ildən sonra ziyarətçilərin üzünə açılıb - FOTOLAR
    • 23-11-2018, 18:30
    • 999

Suriyanın Busra antik teatrı 8 ildən sonra ziyarətçilərin üzünə açılıb - FOTOLAR

Radikal qruplaşmalar bir neçə ay öncə Suriyanın Dəra əyalətindən təxliyə ediliblər. Daha sonra bölgədəki tarixi abidələr tədricən ziyarətçilərin üzünə açıq elan edilib.
 
Qruplaşmalar Dəra əyalətindən çıxarılandan sonra bır sıra tarixi abidələrin təmiri və bərpası tendensiyası yenidən başlayıb.
 
Dəra əyalətinin Busra rayonunda yerləşən tarixi iki min ildən çox olan Antik teakr kompleksi də ziyarətçilərinə üzünə açıq elan edilib.
 
Qeyd edək ki, Suriyada "Busra"dan başqa Palmira antik teatrı da mövcuddur ki, bölgənin ən tarixi şah əsərlərindən hesab edilir.
 
Palmira tarixi komplksi 3 il ərzində İŞİD-in partlayışlarına məruz qaldığı kimi, Busra antik teatrı da ən-Nusra Cəbhəsi və onunla müttəfiq olan radikal qruplaşmaların nəzarətində dağıntılara məruz qalıb.

//SalamNews