Qanunsuz süxur daşıyanlar CƏZALANDIRILDI
    • 16-11-2021, 11:57
    • 302

Qanunsuz süxur daşıyanlar CƏZALANDIRILDI

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Salyan rayonunda 42-BO-903, Lənkəran rayonunda isə 42-BR-284 və 42-CE-650 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşınları ilə qanunsuz süxur daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov News24.az-a bildirib ki, araşdırma zamanı Lənkəran rayon sakinləri Sadiq Ağayev, Namiq Həsənov və Beyrək Balakişiyevin idarə etdikləri avtomobillərin yük yerində ümumilikdə 24 kubmetr həcmində süxurun daşındığı məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.