Külək “Jurnalistlər binası”nın damını uçurdu - Foto
    • 16-11-2021, 17:28
    • 553

Külək “Jurnalistlər binası”nın damını uçurdu - Foto

Səbail rayonu, Bibiheybət qəsəbəsi Salyan Yolu 22 ünvanında jurnalistlər üçün inşa olunan 3-cü binanın damını külək atıb. 

Əlverişsiz hava binanın bir hissəsinin dam örtüyünü uçurub.

Ərazidə yaşayan sakinlər bildiriblər ki, hələ ki, külək binada başqa fəsadlar yaratmayıb.

Məlumat üçün qeyd edək ki, 3-cü binada hazırda yaşayış yoxdur.

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbəli, 255 mənzillidir. /“Sputnik Azərbaycan”/