Azərbaycan bir daşla İKİ HƏDƏFİ VURUR - TƏHLİL
    • 16-11-2021, 18:01
    • 1 071

Azərbaycan bir daşla İKİ HƏDƏFİ VURUR - TƏHLİL

Azərbaycan Qarabağla Ermənistanın quru əlaqəsinin kəsilməsinə çalışır. 

Ermənistan mətbuatında çıxan bir məlumat belə deməyə əsas verir. Bildirilir ki, Azərbaycan M2 magistralının üstündəki yüksəkliyi götürsə, Zəngəzur və Qarabağın Ermənistanla əlaqəsi kəsiləcək. Ordunun bunu edəcəyinə isə əminlik artır, hazırkı əməliyyat şəraitində Azərbaycan fövqəladə üstünlüklər qazanıb. 

Azərbaycanın hərbi gücünün erməni ordusunda yaratdığı psixoloji gərginlik onların döyüş mövqelərini qoyub qaçması ilə nəticələnir. Ermənistan Müdafiə Nazirliyi isə iki mövqe itirdiyini etiraf edib. 

Azərbaycan hərbi balansındakı gücün çox cüzi hissəsini işə salaraq bu üstünlüyə nail olur, ermənilər gözəl başa düşür ki, Azərbaycan orta səviyyəli bir güc tətbiqinə keçsə, bu Ermənistan üçün hansı nəticələrə gətirib çıxarar. 

NƏTİCƏ: 

Azərbaycan bir daşla iki hədəfi vurur: 

1. Azərbaycanın Qarabağda sülhməramlılar olan ərazilərdə ermənilər üzərindəki üstünlüyü yeni mərhələyə keçir, 
2. Zəngəzur dəhlizinin açılması qaçılmaz hala gəlir, yəni strayeji yüksəkliklərin əldə getməsi Ermənistanı "Zəngəzur" qarşısında "diz çökməyə" vadar edir. 

Analitik Aqşin Kərimov