Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq
    • 23-11-2018, 19:15
    • 859

Musiqili Teatrda həftəsonu maraqlı tamaşalar oynanılacaq

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu müxtəlif tamaşalar nümayiş etdiriləcək.

Qurumun mətbuat xidmətindən bildirilib ki,  23, 24 saat noyabrda 14:00-da “Hacı Qara” (M.F.Axundzadə), noyabrın 23-də “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) musiqili komediyası (rus dilində), noyabrın 24-də “Mənim günahım” (İ.Əfəndiyev) və noyabrın 25-də “Baladadaşın toy hamamı” (Elçin) tamaşaları saat 19:00-da nümayiş olunacaq.
Balaca teatrsevərlər noyabrın 24-də “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrim qardaşları), 25-də isə rus dilində “Qoğalın məcaraları” (Rus xalq nağılı) tamaşalarına saat 12:00-da baxa bilərlər.
Həftəsonu nümayiş olunacaq tamaşalarda əməkdar artistlər Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Çingiz Əhmədov, Nərgiz Kərimova, İlham Hüseynov, Boris Qrafkin, Anton Ferştandt, Svetlana Bulax, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov,  və başqaları ifa edəcəklər.
6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək mümkündür.