Ötən gün ictimai yerlərdə 4 koronavirus xəstəsi SAXLANILDI
    • 17-11-2021, 10:19
    • 278

Ötən gün ictimai yerlərdə 4 koronavirus xəstəsi SAXLANILDI

Noyabrın 16-da polis əməkdaşları tərəfindən respublika ərazisində 4 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.