General Hikmət Mirzəyev şəhid övladları qarşısında KÖVRƏLDİ - FOTO/VİDEO
    • 17-11-2021, 14:27
    • 3 284

General Hikmət Mirzəyev şəhid övladları qarşısında KÖVRƏLDİ - FOTO/VİDEO

“Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün təşkil olunan “Mənim atam qəhrəmandır” adlı layihəsi çərçivəsində yaşayan əfsanəmiz, Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, General-Leytenant Hikmət Mirzəyev şəhid övladları ilə görüşüb.

News24.az-ın məlumatına görə, o, şəhid övladları ilə həmsöhbət olub, fotolar çəkdirib.

Daha sonra isə general Hikmət Mirzəyev Vətən Müharibəsi haqqında təəssüratlarını bölüşüb. 

Qəhrəman Şəhidimiz Teymur Abbasovun oğlu Feyruz Abbaslı Şəhid Övladları adından generala hədiyyə təqdim edib.


Feyruz çıxışında bu fikirləri səsləndirib: "Bizim atalarımız bu günləri görməsə də, onlar Qarabağı bizə bəxş edib, cənnətə getdilər. Mən şəhid Teymur Abbasovun oğlu olaraq belə qəhrəman atam olduğuna görə fəxr edirəm. Hikmət əmi, mən sizinlə də fəxr edirəm. Sizdən öyrənəcəyimiz hələ çox şeylər var. Atam, atalarımız yanımızda yoxdur, amma sizin kimi qəhrəman əmilərimiz yanımızdadır. Vətəni qorumağı, Vətənə layiq insan olmağı biz sizdən öyrənəcəyik. Sizinlə görüşmək bizim üçün özü bir bayramdır. Şəhid övladları olaraq, sizdən bir xahişimiz var. Bizdən xatirə olaraq bu hədiyyəni qəbul edəsiniz və bu portretə baxdıqca hər zaman bizi xatırlayasınız". 

Görüntüləri təqdim edirik: