Vaksin olunanların sayı AÇIQLANDI
    • 17-11-2021, 16:39
    • 309

Vaksin olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan News24.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 712, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 21 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 165 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 033 346, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 498 072, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 634 416 təşkil edir.