"Pandemiya uşaq hüquqlarının qlobal problem olduğunu təsdiqlədi"
    • 18-11-2021, 12:30
    • 498

"Pandemiya uşaq hüquqlarının qlobal problem olduğunu təsdiqlədi"

"Uşaqlarla bağlı beynəlxalq əhəmiyyətdə tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir. Uşaqların fiziki, psixoloji və əqli inkişafı dövlətimizin sağlam gələcəyinin formalaşmasında mühüm rol oynayır".

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva deyib.

Leyla Tağıyeva qeyd edib ki, görülən bütün işlər məsuliyyətli gənclərin inkişafına töhvə verməklə yanaşı onların hüquqlarının qorunmasına xidmət edir: "Forum qurumlara, ictimaiyyət nümayəndələrinə, valideynlərə vətəndaş məsuliyyətini xatırlatmaqda vacib rol oynayır".

O bildirib ki, uşaqlar üçün keyfiyyətli həyatın təmin olunmasında vacib məsələlərdən biri uşaq hüquqları barəsində genişmiqyaslı işlərin aparılmasıdır: "Uşaq hüquqlarının qlobal problem olması pandemiyada bir daha öz əskini tapdı. Uşaqların təhsil və səhiyyəyə çıxış imkanlarınln azalması bu istiqamətlərdə çatışmazlıqlar olduğunu göstərdi."

Məhərrəm ƏLİYEV