Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanır
    • 18-11-2021, 13:52
    • 303

Azərbaycanda uşaq hüquqları ilə bağlı yeni sənəd hazırlanır

"Uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd üzərində iş aparılır".

News24.az xəbər verir ki, bunu Ailə  Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova V Ümumrespublika Forumunda çıxışı zamanı deyib. 

O bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb: "Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdilir. Sənəd hazırdır və aidiyyatı qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların təhlükısizliliyinin təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir".