Qazaxıstan könüllüləri "ASAN xidmət"də - FOTOLAR
    • 19-11-2021, 12:30
    • 504

Qazaxıstan könüllüləri "ASAN xidmət"də - FOTOLAR

 Qazaxıstan könüllüləri ASAN könüllülərinin fəaliyyəti ilə tanış olublar

News24.az xəbər verir ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Qazaxıstanın Milli Könüllülük Şəbəkəsinin beynəlxalq əməkdaşlığı çərçivəsində könüllülük sahəsində təcrübə mübadiləsi məqsədilə Qazaxıstan könüllülərinin ölkəmizə səfəri təşkil edilib.

Səfərin ikinci günündə könüllülərə  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin, "ASAN Könüllüləri" Təşkilatının  fəaliyyəti barədə məlumat verilib,  könüllülük proqramları,  tədbir və layihələrdən söz açılıb.