-
- 20-11-2021, 14:23
- 1 429
“Ağlama, ay ana, məzar da beşik...”- Şəhid Ülvi Hacıyevin ƏZİZ XATİRƏSİNƏ
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin xatirəsini əbədiləşdirmək məqsədilə qəhrəmanımıza klip çəkilib.
News24.az-ın məlumatına görə, musiqisi şəhid pilot Rəşad Atakişiyevin həyat yoldaşı, tanınmış bəstəkar Könül Hüseynovaya, sözləri xalq şairi Vahid Əzizə məxsus olan bəstənin ifaçısı Ülvi Hacıyevin döyüş yoldaşı, vokalist Atəş Qarayevdir.
Bəstəkar Könül Hüseynova saytımıza kliplə bağlı fikirlərini bölüşüb: “Məni Atəş Qarayevlə xalq artisti Fidan Hacıyeva tanış etdi. Fidan xanım dedi ki, Atəş Vətən Müharibəsi iştirakçısıdır və vətənpərvərlik mövzusunda mahnı ifa etmək istəyir. Biz görüşəndə isə Atəş gömrükçü şəhid Ülvi Hacıyevlə döyüş yoldaşı olduğunu dedi. Onunla eyni manqada olduqlarını və Ülvinin gözləri önündə şəhid olmasından danışdı. Mahnının şəhid dostu Ülviyə, eyni zamanda onun timsalında Vətən Müharibəsində şəhid olan oğullarımıza həsr olunmasını istədi. Bunu deyəndə onun gözləri doldu, qəhərləndi. Təbii ki, belə gənc və cəsur oğul haqda mahnı ərsəyə gətirmək təşəbbüsü məni də çox təsirləndirdi. Beləcə, bu əsər yarandı. Bəli, məhz əsər. Çünki burada musiqi də, sözlər də, ifa da böyük hisslərin, kədərin, sarsıntıların harayıdır”.
Xalq şairi Vahid Əziz bildirib ki, bu səpkidə olan mahnılara söz yazmaq çox ağırdır: “Könül xanım məndən belə bir mahnıya söz yazmağımı rica edəndə dedim ki, bu, mənim vətəndaşlıq borcumdur. Və ümid edirəm şeirim Ülvinin valideynlərinin ürəyinin ağrısına, istisinə az da olsa, su çiləyib. Könül xanımın peşəkarlıqla bəstələdiyi musiqinin üzərinə yazılan sözlərimi Atəş də çox gözəl ifa edib”.
İfaçı Atəş Qarayev isə müharibədə bir arzu ilə döyüşdüyünü deyib: “Əhd etmişdim ki, şəhidlik mənə qismət olmasa və evə sağlam dönsəm, ilk işim şəhadətə ucalan döyüş yoldaşlarıma mahnı həsr etmək olacaq. Könül xanımla görüşdən sonra bu əhdim reallaşdı. Döyüş yoldaşım, gözlərimin önündə şəhid olan Ülviyə həsr olunan mahnını ifa etməyim mənim üçün çox təsirli hadisədir”.
Klipin maliyyə dəstəkçisi, iş xanımı, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva şəhidlərlə bağlı istənilən yaradıcı işin, layihənin hər zaman onun diqqətini çəkdiyini vurğulayıb: “Belə işlərə dəstək vermək, şəhid ailələrinin bütün təşəbbüslərində yanında olmaq hər bir azərbaycanlının borcudur. Vətən üçün canından keçən igidlərə yalnız belə təşəkkür edə bilərik. Kaş ki, daha artığını edə bilərdik… Amma təəsüf ki, Şəhidlərimizin valideynlərinin çəkdikləri acını heç cür ovuda bilmərik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların xatirələri daim könlümüzdə əbədi yaşayacaq”.
Qeyd edək ki, Ülvi Hacıyev ömrünün hər anını vətən uğrunda döyüşlərə atılmaq, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayıb. 2020-ci ilin iyun ayında Ermənistanın Tovuz istiqamətindəki hücumu zamanı könüllü olaraq orduya yazılan Ülvinin istəyi sentyabr ayının 28-də həyata keçib. Cəbhəyə yollanan Ülvi Hacıyev Füzuli, Cəbrayıl, Xocavənd rayonları və Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Oktyabrın 19-da Şuşa şəhərinin 10 kilometrliyində baş verən döyüşlər zamanı qəhrəmanımız şəhidlik zirvəsinə ucalıb.
"Vətən uğrunda" medalı ilə təltif olunan Ülvi Hacıyev 2-ci Fəxri Xiyabanda torpağa tapşırılıb.
Məhərrəm ƏLİYEV