-
- 22-11-2021, 10:04
- 283
Ötən gün toylara görə daha 43 nəfər CƏRİMƏLƏNDİ
Noyabrın 20-21-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 1 233 toy şənliyinin monitorinqini həyata keçirib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, monitorinq 1 192 şadlıq sarayında, 41 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 43 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 76 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.