"Delta" ştammı özünü məhv etdi
    • 22-11-2021, 11:18
    • 1 338

"Delta" ştammı özünü məhv etdi

Koronavirusun "Delta" ştammı nsp14 zülalında həddən artıq çox mutasiya toplaya bilib. Bu da zamanla onun azalmasına səbəb olub.

News24.az
xəbər verir ki, bu barədə Yaponiya Milli Genetika İnstitutunun professoru İturo İnoue açılama verib. 

O bildirib ki, alimlər nəticələri görəndə şok yaşayıblar: "Yaponiyadakı "Delta" ştammı çox yoluxucu idi və sürətlə yayılırdı. Ehtimal edirik ki, ştamma mutasiyalar toplandıqca virus nəhayət, çoxalma funksiyasını itirib və özünün surətlərini yarada bilməyib. Əks halda ölkədə yoluxma sayı artardı. Bu isə hazırda müşahidə edilmir".