Tanınmış azərbaycanlı reperin anasının üzərinə ağac aşdı - Ayağı kəsildi - VİDEO
    • 22-11-2021, 14:50
    • 697

Tanınmış azərbaycanlı reperin anasının üzərinə ağac aşdı - Ayağı kəsildi - VİDEO

Noyabrın 10-da Bakıda müşahidə olunan güclü külək zamanı “PRoMete” ləqəbiylə tanınan reper və prodüser Pərviz İsaqovun anasının üzərinə ağac aşıb və o ağır xəsarət alıb.

News24.az
xəbər verir ki, bu barədə P.İsaqovun "İnstagram" hesabında məlumat verib.

O bildirib ki, hadisə Mirəli Seyidov küçəsində baş verib və həmin an anasının yanında bir neçə qonşusu da olub: "Hadisədən 12 gün keçməsinə baxmayaraq, hələ də heç bir qurum məsələ ilə maraqlanmayıb. Hadisə baş verdiyi an anam qonşularla söhbət edib. Küləyin başladığını görəndən sonra isə evə getməyə qərar veriblər. Bu zaman güclü külək həyətdəki ağacı anamın üstünə aşırdıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya ediblər. Hadisədən sonra hansısa qurumun əməkdaşları gəlib həyətdəki aşan ağacın qalıqlarını təmizləyiblər. Hətta kökündən çıxarıblar. Aşan ağacla bağlı sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlayıb, amma baxılmayıb. Məsələylə bağlı mən Yasamal Rayon Prokurorluğuna və Baş Prokurorluğa müraciət etmişəm. Əminəm ki, qurumların səhlənkarlığı ucbatından ayağını itirən anamın taleyi başqa sakinlərin qisməti olmayacaq".