Bakıda polis klubda əməliyyat keçirib, SAXLANILANLAR VAR - VİDEO
    • 23-11-2021, 11:03
    • 413

Bakıda polis klubda əməliyyat keçirib, SAXLANILANLAR VAR - VİDEO

Bakının Yasamal rayonunda polis onlarla şəxsi saxlayıb.

News24.az xəbər verir ki, Yasamal rayonu Tbilisi prospektində yerləşən “1033” klubuna Yasamal Rayon Polis İdarəsinin əməkdaşları daxil olub.

Müştərilərin əksəriyyətinin vaksin olunmadığı aşkarlanıb. Məhz buna görə də iaşə obyektinin rəhbərliyi, o cümlədən müştərilər saxlanılaraq 27-ci Polis Bölməsinə aparılıb. Onlara müvafiq olaraq protokol tərtib olunub. /Apa.az/