-
- 24-11-2018, 14:00
- 1 795
Xalq artisti Rasim Ocaqovun xatirəsi əbədiləşdirilib
Nazirlər Kabineti kino sənətinin görkəmli nümayəndəsi, tanınmış kinorejissor və operator, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovun xatirəsinin əbədiləşdirilməsi haqqında qərar imzalayıb.
Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinə Xalq artisti Rasim Mirqasım oğlu Ocaqovun adı verilib.
Şəki Şəhər İcra Hakimiyyətinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Rasim Ocaqov məşhur "Tütək səsi" (1975), "Ad günü" (1977), "İstintaq" (1979), "Bağlı qapı" (1981), "Park" (1984), "Özgə ömür" (1987), "Ölsəm, bağışla" (1989), "Qətldən yeddi gün sonra" (1991), "Təhminə" (1993), "Həm ziyarət, həm ticarət" (1995), "Otel otağı" kimi filmlərin rejissorudur. O, eyni zamanda bir sıra ekran əsərlərində operator, bədii rəhbər, ikinci rejissor kimi çalışıb.
//İnterAz