Azərbaycanda ŞOK HADİSƏ: Sevgilisini lüt soyundurdu, musiqi qoşdu və...
    • 23-11-2021, 12:46
    • 2 560

Azərbaycanda ŞOK HADİSƏ: Sevgilisini lüt soyundurdu, musiqi qoşdu və...

Gəncədə əvvəllər dəfələrlə məhkum edilmiş, eləcə də qətl törətmiş 1982-ci il təvəllüdlü Nəsrəddin Quliyev yenidən həbs edilib.

News24.az
-ın məlumatına görə, o bu dəfə qeyri-rəsmi ər-arvad kimi yaşadığı Mehriban adlı qadına ağır işgəncələr verdiyinə, qadına bıçaqla xəsarətlər yetirdiyinə görə saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3, və 128-ci maddələri ilə iş açılıb. 

Cinayət işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Mehribanı döydüyünü, lakin ona bıçaqla xəsarət yetirmədiyini bildirib.

Məhkəmə baxışı zamanı dindirilən zərərçəkən qadın isə Nəsrəddinin onunla uzun müddət kobud davrandığını, döydüyünü, xəsarətlər yetirdiyini deyib: “Nəsrəddini 10-15 ildir ki, tanıyıram, aramızda təxminən 3 il əvvəldən sevgi münasibətləri yaranıb, qeyri-rəsmi ər-arvad münasibətində olmuşuq, 2020-ci ildə o, həbsdən azad olunaraq mənim Gəncə şəhər Vaqif küçəsində yerləşən evimə gəldi və birgə yaşamağa başladıq. Lakin bundan bir müddət sonra, birlikdə spirtli içki qəbul etdikdən sonra Nəsrəddin heç bir səbəb olmadan məni öldürəcəyini, guya pozğunluqla məşğul olduğumu dedi, bu zaman sifətimdən 2 dəfə yumruq vurub bədənimin müxtəlif nahiyələrindən təpikləyərək, kimlərlə sevgili olduğumu etiraf etməyimi tələb etdi. Bundan sonra Nəsrəddin stolun üstündə olan bıçağı götürüb bıçağın arxası ilə bədəninin müxtəlif nahiyələrindən zərbələr endirdi, həmçinin bıçağın iti tərəfi ilə bədənimi cızdı, Nəsrəddin yenə də öz hərəkətlərini davam etdirib saçımdan tutub məni sürüdü. Bu hadisədən sonra polisə şikayət etrsəm də, sonradan onunla barışdım. Barışdıqdan sonra Nəsrəddinlə ona məxsus olan evə getdim, məhlədə birlikdə spirtli içki qəbul etdikdən sonra məni yenə də nalayiq ifadələrlə təhqir etdi, birlikdə yatağa uzandıqdan sonra Nəsrəddin mənə ürəyində şübhə qaldığını və məni öldürəcəyini dedi, əlinə bıçaq alıb arxası ilə başıma vurdu, üzümə xəsarət yetirəcəyini deyib bir qədər döyüb məni ölümlə hədələdi, sonradan evdə maqnitofonu yüksək səslə qoyub elektrik naqilini boğazıma sarıyıb sıxmağa başladı. Hər iki əlimlə naqili tutub boynumdan çıxarmağa çalışdım və naqili boğazımdan çıxardım. Sonra bu dəfə sellofanı başıma keçirərək sellofanla məni boğmağa başladı. Mən Nəsrəddinə mənə yaxın gəlməməsini, heç bir yerə şikayət etməyəcəyini deyib çıxıb getdim. Həmin gün Nəsrəddin yenə mənim yaşadığım evə gəldi, bu zaman birlikdə spirtli içki olan pivə qəbul etdik, lakin bu zaman Nəsrəddin məni döymədən çıxıb getdi. Bir müddətdən sonra Nəsrəddinlə münasibətlərimiz düzəldi. Lakin sonrada Nəsrəddinlə birlikdə “Gəncə Mall” ticarət mərkəzində yerləşən “Bravo” marketdə olarkən yenidən problem baş verdi. Nəsrəddin gedib spirtli içkiləri, suları götürdü, mən isə digər ərzaq məhsullarını almaq üçün marketdə gəzən zaman qızım mənə zəng etdi. Qızımla danışdıqdan sonra Nəsrəddin yaxınlaşıb zəng edənin kim olduğunu soruşdu, ona zəng edənin qızım olduğunu dedim. Həmin gün birgə evə getdik, birlikdə spirli içki qəbul etdikdən sonra Nəsrəddin saat 23 radələrində qapıları arxadan bağlyıb musiqi qoşdu, əynimdə olan paltarları soyundurdu, lüt bədənə çox pis şəkildə mənə ağrılar verib, ələ sala-sala döyməyə başladı, bundan sonra stolun üstündə olan bıçağı götürüb sol budumdan, başımdan xəsarətlər yetirməyə ağrılar verməyə başladı. Bu zaman Nəsrəddinə yalvararaq öz hərəkətlərini dayandırmağını istəsəm də Nəsrəddin yenə də sifətimdən, başımdan, budumdan gah bıçaqla gah da ki, əli ilə vuraraq öz hərəkətlərini davam etdirdi. Mən həmin bıçağı sonra əyib kənara atdım, təxminən 25 dəqiqə Nəsrəddin dayandı, sonradan nəfəsimin çatmadığını, özümü pis hiss etdiyimi desəm də bir xeyli müddət mənə kömək etməyib evdən çıxamağıma imkan vermədi. O, otaqda olan döşək üzünü götürüb həmin döşək üzünü iki hissəyə ayıraraq sol əlimi sol ayağıma bağladı, həmin yorğan üzünü ayağı ilə saxldı, otaqda olan balıncla məni boğaraq yenə də iztirab verməyə, şəxsiyyətimi ələ salaraq məni məsxərəyə qoymağa başladı. Bir neçə saat məni həmin vəziyyətdə saxlayıb mənimlə söhbət etdi, səhərə yaxın azan verilən zaman Nəsrəddin məndən əl çəkdi”.

Zərərçəkən qadın qeyd edib ki, həmin hadisədən sonra axşama kimi Nəsrəddindən qorxduğu üçün evdən çıxa bilməyib, lakin həmin günü axşamı o, imkan edib evdən qaçıb gedib. Bundan sonra da bir neçə dəfə Nəsrəddin onunla telefon əlaqəsi saxlayıb onu öldürüb sonradan həbsə gedəcəyini ona deyib. 

Sonda işgəncələrə məruz qalan qadın təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, onun xəstə olduğuna görə ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Gəncə şəhər Nizami rayon Məhkəməsinin hökmü ilə Nəsrəddin Quliyev 3 il 6 ay müddətində azadlıqdan məhrum edilib.