Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək
    • 23-11-2021, 16:33
    • 618

Azərbaycan, Rusiya və Ermənistan liderləri noyabrın 26-da Soçidə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək.

News24.az xəbər verir ki, məlumatı rəsmi Kreml yayıb.

Bildirilib ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.