-
- 25-11-2021, 18:01
- 1 274
“Qadına şiddətə son" - Dəyirmi Masa - FOTOLAR
25 noyabr Qadın Zorakılığına Qarşı Mübarizə Günüdür.
News24.az xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi tərəfdaşlığı, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qadına şiddətə son” adlı tədbir – Dəyirmi Masa həyata keçirilib.
Dövlət və cəmiyyətin ortaq problemi olan qadına qarşı zorakılığa diqqəti cəlb etmək, zərif cinsin nümayəndələrinin fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılıqlara məruz qalmasının qarşısının alınmasına dəstək olmaq məqsədi daşıyan Dəyirmi Masada dövlət qurumlarının nümayəndələri, tanınmış ictimai xadimlər, millət vəkilləri iştirak edib.
Tədbirdə “Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva, Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də, millət vəkilləri Sabir Rüstəmxanlı, Qənirə Paşayeva, Jalə Əliyeva, Fazil Mustafa, Azəri-Türk Qadınlar Cəmiyyətin sədri Tənzilə Rüstəmxanlı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli, Tibb üzrə Fəlsəfə doktoru İlahə Quliyeva, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, psixoterapevt Elmir Əkbər və aparıcı media qurumlarının kapitanları çıxış edib müzakirələr aparıblar.
Bunlarla yanaşı, mövzunu əhatə edən videoroliklər, Pantomim Teatrının aktyorlarının ifasında mini-tamaşanın nümayiş olunub.