-
- 25-11-2021, 20:33
- 1 276
Kənan Zeynalov: “8 qadın prokurorluq orqanlarında RƏHBƏR VƏZİFƏLƏRDƏ çalışır"
“Ölkəmizdə qadın hüquqlarının rolunun artması 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra daha da artıb".
News24.az-ın məlumatına görə, bunu “Qadına şiddətə son” adlı tədbirdə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib.
O bildirib ki, 8 qadın prokurorluq orqanlarında rəhbər vəzifələrdə çalışır.
Kənan Zeynalov qadınlara şiddətlə bağlı statistikaları bölüşüb: "2021-ci ilin 9 ayı nəticəsində ailədaxili şiddət və zorakılıq halları ilə əlaqədar 51 qadın həyatını itirib, 24 qadın xəsarət alıb, 34 qadın isə məişət zorakılığına məruz qalıb.
2021-ci ilin 6 ayı ərzində 83 qadın məişət zorakılığına görə, intihar edib".
O bildirib ki, 2021-ci ilin 9 ayı ərzində 1298 cinayətin 963-ü qadınlara qarşı olub: "Bu kimi məsələlərin həlli üçün müvafiq qurumları vaxtında məlumatlandırmalıyıq".