“KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs SAXLANILDI
    • 26-11-2021, 10:56
    • 263

“KamAZ”ın ehtiyat hissələrini oğurlayan şəxs SAXLANILDI

Göyçay Rayon Polis Şöbəsinə “KamAZ” markalı yük avtomobilindən ümumi dəyəri 800 manat olan ehtiyyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, daxil olan müraciətlə əlaqədar keçirilən əməliyyat zamanı oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Sərxan Abdurəhimov saxlanılıb.

O, ifadəsində oğurladığı ehtiyyat hissələrini rayon ərazisində əlvan metal qəbulu məntəqəsinə satdığını və əldə etdiyi pulu xərclədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.