Şamaxıda qadını şantaj edən şəxs TUTULDU
    • 27-11-2021, 11:40
    • 509

Şamaxıda qadını şantaj edən şəxs TUTULDU

Şamaxı Rayon Polis Şöbəsinə şəhər sakini olan bir qadının şəkillərinin sosial şəbəkədə yayılacağı ilə hədələnərək 2000 manat dəyərində qızıl-zinət əşyalarının alınması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Şamaxı sakini S.Qədimov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.