Azərbaycanda nazir və icra başçılarının maaşları - SİYAHI
    • 24-11-2018, 16:49
    • 1 097

Azərbaycanda nazir və icra başçılarının maaşları - SİYAHI

Xəbər verildiyi kimi, Azərbaycanda İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) əmək haqqı 200-manatdan arıq artırılıb.
 
Bu arada ölkəmizdə rəhbər vəzifə tutan digər şəxslərin də maaşlarını xatırlamağına dəyər.

Qeyd edək ki, Azərbaycanda dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub.

Sərəncama əsasən, Azərbaycanın bəzi dövlət orqanlarının rəhbər işçilərinin aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə nəzərdə tutulub.

 Baş nazir2460 manat
2. Baş nazirin birinci müavini2160 manat
3. Baş nazirin müavini2060 manat
4. Nazir, Dövlət Komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi1925 manat
5. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbəri1595 manat
6. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini1375 manat
7. Nazirin, Dövlət Komitəsi sədrinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, Xarici Kəşfiyyat Xidməti rəisinin, Dövlət Sərhəd Xidməti rəisinin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin birinci müavini1280 manat
8. Digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanın rəhbərinin müavini1155 manat

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları aşağıdakı məbləğdədir:
Bakı şəhəri1925 manat
Gəncə və Sumqayıt şəhərləri1280 manat
şəhər, rayon və şəhər rayonu üzrə:
əhalisinin sayı 100 min nəfərdən çox olduqda1045 manat
əhalisinin sayı 50-100 min nəfər olduqda990 manat
əhalisinin sayı 50 min nəfərədək olduqda880 manat


//Fed.az