“FotoMən 3” layihəsi başa çatdı - FOTOLAR
    • 29-11-2021, 09:45
    • 482

“FotoMən 3” layihəsi başa çatdı - FOTOLAR

“ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqamının təşkilatçılığı, Azərbaycan Fotoqraflar Birliyinin, Dövlət Məşğulluq Agentliyinin və ”YARAT” Müasir İncəsənət Mərkəzinin tərəfdaşlığı ilə 2 ay müddətində həyata keçirilən “FotoMən 3” layihəsi yekunlaşıb. 

News24.az xəbər verir ki, bağlanış mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, Azərbaycan Fotoqraflar Birliyinin sədri Rafael Qəmbərov, Azərbaycan Fotoqraflar Birliyinin İdarə Heyətinin sədri Mirnaib Həsənoğlu  və “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər. 


 İki ay müddətində peşəkar fotoqraflar tərəfindən praktiki və nəzəri təlimlər keçən layihə iştirakçılarının seçilmiş fotolarından ibarət sərgi baş tutub. 

Sonda iştirakçılar sertifikatlarla təltif ediliblər.   

Eyni zamanda 10 qalib iştirakçıya Dövlət Məşğulluq Agentliyi tərəfindən  fotoaparat və foto avadanlıq təqdim ediləcək.